Siyasət

Arif Hacılı deputatlığa namizəd olacaq

4 Avqust 2015 12:22
Baxış: 931

Müsavat Partiyasının başqanı Arif Hacılı bu ilin noyabrında keçiriləcək parlament seçkilərində namizəd qismində iştirak edəcək.

Bu barədə AzVision.az-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib. 

O bildirib ki, partiya başqanın seçkiyə qatılacağı dairə bəlli olsa da, hələlik partiya bunu açıqlamır. 

Qeyd edək ki, artıq partiya 70-dən çox dairədən namizədini müəyyənləşdirib və digər dairələrdən də namizədlərin müəyyənləşdirilməsi istiqamətində iş gedir. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.