Siyasət

Səfir: "Azərbaycana turist kimi qayıdacam"

3 Avqust 2015 17:40
0 Şərh     Baxış: 503

Azərbaycan bütün dünya üçün tolerantlıq nümunəsidir. Trend-in məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz diplomatik missiyasının başa çatması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, böyük yəhudi icması Azərbaycanda təhlükəsiz şəraitdə yaşayır: "Ölkələrimiz arasında əlaqələr strateji xarakter daşıyır və əməkdaşlığımızı müxtəlif istiqamətlər üzrə inkişaf etdiririk".

Diplomat qeyd edib ki, Azərbaycan İsrail üçün dost ölkədir və Azərbaycanda növbəti səfirin kimliyindən asılı olmayaraq, iki ölkənin əlaqələri yalnız möhkəmlənəcək: "Azərbaycanda olduğum son 3 il çox gözəl keçdi. Ölkənin bir çox rayonlarında oldum, mətbəxinizi çox bəyəndim. Burada çoxlu dostlarım var və bura turist kimi qayıdacağam".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.