Siyasət

Gürcü keşişə Azərbaycan vətəndaşlığı veriləcək

3 Avqust 2015 15:30
0 Şərh     Baxış: 617

Gürcü Provoslav Kilsəsi Azərbaycan tərəfi ilə Müqəddəs Georgi məbədinə dair razılığa gəlib, - Interpressnews.Ge "Rezonansi" qəzetinin məqaləsindən sitat gətirir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, problem təxminən bir ay öncə Azərbaycanın Qax şəhərində Müqəddəs Georgi məbədində xidmət edən arximandrit Demetreyevə (Tetruaşvili) Azərbaycan sərhəddini keçməyə icazə verilməməsi zamanı yaranıb.

Səbəb olaraq Azərbaycan tərəfi ölkə daxilində dini xidmətin yalnız Azərbaycan vətəndaşlarının yerinə yetirməsinə icazə verildiyi qanunu göstərib.

Yepiskop Dmitrinin (Kapanadze) bildirdiyi kimi, bu problemin həlli üçün gürcü tərəfinin nümayəndələri iyulun 29-da Bakıda Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə görüşüblər.  

Əldə edilən razılığın nəticələrinə görə, gürcü ruhanisinə Azərbaycan vətəndaşlığının verilməsinə dair proses başlayacaq. Bu prosesin sonuna qədər gürcü ruhanisi sərhəddi mütəmadi olaraq keçməyə izn alacaq.  

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.