Siyasət

Karlo Marsilidən ermənilərə tikanlı sözlər

2 Avqust 2015 20:40
0 Şərh     Baxış: 924

İtaliyanın Türkiyədəki keçmiş səfiri Karlo Marsili erməniləri hiddətləndirən fikirlər söyləyib. Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, İtaliyanın Trento şəhərində türkiyəli diplomatların da qatıldığı seminarda çıxış edən eks-diplomat uydurma soyqırım və Sürix protokolları haqda erməniləri qıcıqlandıran ifadələr işlədib.

"Ermənistanla Türkiyə arasında əlaqələr SSRİ dağılandan sonra qurulub, lakin Dağlıq Qarabağdakı böhrandan sonra dondurulub. Bununla belə, ünsiyyət üçün kanallar həmişə açıq qalıb. Təsadüfi deyil ki, İstanbulla İrəvan arasında aviareys mövcuddur. Bundan əlavə, bir neçə il öncə biz "futbol diplomatiyası"na kömək eləmişik. Əfsus ki, Ermənistan Sürix protokollarını ratifikasiya eləməkdən imtina elədi" - qeyd edib Marsili.
"Problem "erməni genosidi" deyilən, tarixçilərin olduqca ziddiyyətli saydıqları məsələdən qaynaqlanır. Ancaq bəzi nüfuzlu dairələr, xüsusən də erməni diasporundakı dairələr bunu Türkiyə ilə dialoqun bərpası üçün vacib şərt hesab edirlər. Belə olan halda dövlətdən qəti mövqe tələb eləmək absurddur. İtaliya ABŞ kimi soyqırımı rəsmən tanımayıb" - bildirib sabiq səfir. 
Xatırladaq ki, 2000-ci ildə İtaliya parlamentinin yalnız aşağı palatası saxta iddianı genosid kimi tanıyıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.