Siyasət

Müharibə yoxdur və olmayacaq

1 Avqust 2015 13:50
Baxış: 2 029

Bunu cəbhədə olan hadisələr sübut edir. 

Milli.Az hafta.az-a istinadən bildirir ki, bunu politoloq Fərhad Mehdiyev cəbhədə baş verən və ermənilərin törətdiyi təxribatları şərh edərkən deyib. Politoloq deyir ki, Dağlıq Qarabağ ətrafında olan hər hansı bir rayonun geri alınması aviasiya və artilleriya cəlb olunaraq stratejik yükəskliklər ələ keçirilib mühəndis-kommunikasiya qurğuları və müdafiə xətti qurulmalıdır:

"Bu cür cavab atəşlərinin açılması və iriçaplı silahlardan istifadənin əsas məqsədi, düşməni daim gərginlikdə saxlamaqdır. Amma düşmən, eyni zamanda duyuq qalır. Bu da preventiv, qəfildən zərbə endirməyə imkan vermir. Digər tərəfdən iddia edə bilərsiniz ki, onsuz da, Rusiyanın peykləri bizim ordunun hərəkətlərini izləyir və lazım olduqda erməniləri də xəbərdar edir. Yəni bizim qəfildən, gözlənilmədən hücum etməyimiz, onsuz da, imkansızdır. Bununla belə, baş verən son hadisələrdə istifadə olunan silahları "havan" topları ilə məhdudlaşdırmaq lazım deyil. Prezident İlham Əliyev belə bir şeyə cəhd etsə, əlbəttə ki, bu işi başaracaqdır. Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var. Onu sınamağa dəyər".

Qeyd edək ki, son bir həftə ərzində erməni tərəfi Azərbaycanın işğal etdikləri mövqelərdən üzbəüz mövqelərimizi gün ərzində bir neçə dəfə iriçaplı silahlardan atəşə tutur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.