Siyasət

Dəmirtaş Türkiyə rəhbərliyinin uğursuzluğudur

1 Avqust 2015 13:27
3 Şərh     Baxış: 1 128

Dəmirtaşın PKK ilə əlaqəli olması yeni bir xəbər deyildi. Məhz AKP-nin düzgün aparılmayan siyasəti əsasında onun təmsil etdiyi partiya Türkiyə parlamentində təmsil olundu.

Milli.Az hafta.az-a istinadən bildirir ki, bunu Türkiyədə baş verən son hadisələrə münasibət bildirərkən politoloq Arzu Nağıyev deyib. Politoloqun sözlərinə görə, hazırda baş verənlərin özəyində rəsmi Ankaranın bir müddət əvvəl atdığı səhv addımlar durur:

"Təəssüflə qeyd etmək lazımdır ki, hətta koalisiyon hökumətin qurulmasında da iştirak edə bilərdi. Bunun nəticəsi kimi kürdlər bir sıra ərazilərə də iddialı olmalı və gələcəkdə muxtariyyət tələb edəcəkdilər. İndi həmin səhvlərin məntiqi nəticəsi üzə çıxır. İŞİD məsələsində də Türkiyə Qərblə əlbir olaraq müəyyən addımlar atmışdı və indi də Suriya məsələsinə görə çətinliklərlə üşzləşib. Qaçqınların qarşılanması vaxtı humanistliyi siyasətlə səhv salan hakimiyyət bu gün acı nəticələrin qurbanına çevrilib".

Arzu Nağıyev deyir ki, bu məsələlərdə heç kim öz sinəsini geri çəkməməlidir. Politoloq hesab edir ki, səhv məhz özlərinin, yəni hazırkı iqtidardakılarındır:

"Düşünürəm ki, NATO PKK problemini Türkiyənin daxili problemi sayır və buna görə də çox dərinə getmir. Üzdə həmrəy olduğunu göstərsə də, həmrəylik nümayiş etdirmir. İŞİD məsələsində isə ümumi maraqlar olduğu üçün və karbohidratlarla zəngin ərazilərin ələ keçdiyini hiss etdiklərinə görə birgə fəaliyyət göstərə bilərlər. Eyni zamanda, Türkiyənin hüquq-mühafizə orqanları bir mərkəzdən koordinasiya edilməli və yaranan hər bir neqativ hala vaxtında reaksiya verməlidir. Bu baş verərsə, terror aktlarının və digər qanunsuzluqların qarşısını vaxtında almaq olar".

Siyası icmalçının qənaətincə, Türkiyə sərhəddində, eləcə də daxilində baş qaldıran üzücü çaxnaşmaların Cənubi Qafqaza, həmçinin ölkəmizə də təsiri qaçılmaz ola bilər:

"Məlumdur ki, Türkiyənin müharibə ocaqları sönməmiş Gürcüstanla ümumi sərhədləri var. Rusiyanın Ermənistandakı maraqlarını və NATO-nun Gürcüstan siyasətini nəzərə alsaq və bunun üzərinə də Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin özəl fikirlərini gəlsək, proseslərin Cənubi Qafqaza təsiri bu və digər formada qaçılmaz olur".

Qeyd edək ki, son bir həftə ərzində türk ordusunun PKK və İŞİD-ə qarşı keçirdiyi əməliyyatlarda 235 nəfər terrorçu məhv edilib. Türkiyə isə 4-ü sivil olmaqla 6 polis və 11 əsgərini itirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.