Siyasət

Azərbaycanda müxalifətçi partiya YAP-ı qurultayına dəvət etdi

30 İyul 2015 13:10
Baxış: 932

Avqustun 1-də Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) III qurultayı keçiriləcək.

APA-nın məlumatına görə, partiyanın təşkilat komitəsi tərəfindən qurultaya qonaq qismində iştirak etmək üçün Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov və Ədliyyə Nazirliyinin rəsmiləri dəvət olunublar.

Qurultaya Azərbaycanda fəaliyyət göstərən digər müxalif partiyaların sədrləri ilə yanaşı, Türkiyədən də siyasətçilər dəvət ediliblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.