Siyasət

Prezident İlham Əliyev Mərakeş kralını təbrik edib

29 İyul 2015 19:26
Baxış: 410

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu ünvanlayıb. 

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir: 

"Əlahəzrət,

Əziz Qardaşım,

Mərakeş Krallığının milli bayramı - Taxt-tac günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, ortaq mənəvi dəyərlərə malik xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Mərakeş münasibətləri bundan sonra da qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edərək əməkdaşlığımız üçün möhkəm zəmin olacaqdır.

Bu əlamətdar gündə Sizə cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.