Siyasət

Qərb Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsində səylərini artırır - FOTO

27 İyul 2015 16:00
Baxış: 1 192

Türkiyənin "İslam Dövləti" (İD) və kürd silahlılarına qarşı apardığı hərbi əməliyyat ABŞ-ın başçılıq etdiyi Qərb koalisiyasının NATO üzrə əsas müttəfiqinin sərhədləri yaxınlığında illərlə artan radikalizmi yatırtmamaq arzusuna cavabıdır. Bunu əvəzinə Avropa və ABŞ Türkiyənin daxilində 1915-ci il hadisələrinə yenidən qiymət vermək üçün ictimai rəyin formalaşdırılması üzərində səylə işləyir və Ermənistanla sərhədlərin açılması üçün zəmin yaradır.

Hərçənd Avropa və ABŞ diplomatik və siyasi səylər göstərərək çox asanlıqla Ermənistanın Türkiyə ilə münasibətlərini normallaşdıra bilərdi. Bunu üçün onlar Yerevanı Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan Silahlı Qüvvələrinin çıxarılmasının zərurliyinə və Azərbaycanın Dağlıq Qarabağ üçün təklif etdiyi yüksək statusla razılaşmağa inandırmalıdır. ABŞ və Avropa isə bunun əvəzinə ötən ilin yanvarında Türkiyədə separatçı proqramı işə salıb. Bu proqram "Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına dəstək" adlanır.

Proqramın sponsoru olan Avropa İttifaqı (Aİ) 8 türk və erməni QHT-lərindən ibarət konsorsiuma 18 ay müddətinə 2 milyon dollar qrant verib. Layihə 2014-cü ilin yanvarından bu ilin iyununadək tətbiq edilib. Bu layihənin əsas tərəfdaşları Aİ, eləcə də Aİ-nin Türkiyə, Gürcüstan, Ermınistandakı nümayəndələri və Avropa Xarici Layihələr Xidmətidir. Bi xidmət Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin tabeçiliyindədir.

"Ermənistan-Türkiyə layihəsi"nə Vaşinqtonda yerləşən Avrasiya Fondu (AF) da cəlb edilib. AF Ermənistandakı Avrasiya Tərəfdaşlıq Fondu vasitəsilə layihədə çıxış edir. AF-ın məsləhət şurasına vaxtilə ABŞ-ın dövlət katibləri olmuş Ceyms Beyker, Madlen Olbrayt, eləcə də Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar daxildir. Layihədə Türkiyənin dünya gündəmini müəyyənləşdirən xarici siyasi qurumları var.

Tükiyənin Okan Universiteti proqramın elementlərindən birini reallaşdırmaq üçün maliyyə vəsaiti alıb. Ali məktəbin himayəçiləri Türkiyənin nüfuzlu biznes strukturları olan "Okan Holding" və "Nurol Holding"dir. Holdinqlərin Qazaxıstan, Gürcüstan və regionun digər ölkələrində dövlət və kommersiya podrat işləri var.

Belə ciddi himayəçiləri olan universitetə "xeyirxah işlər" üçün cüzi qrantlar nəyə lazımdır? Bu universitet ayrılmış qrant çərçivəsində növbəti QHT -"Imagine Center for Conflict transformation" ilə əmədaşlıq edib. Bu QHT-nin və internet səhifəsində fiziki ünvanı və əlaqə məlumatları yoxdur.

Adıçəkilən QHT-nin donor siyahısı isə daha çox təəccüb doğurur. Belə ki, Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması üzrə layihəyə ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi, ABŞ Dövlət Departamenti, eləcə də Azərbaycan rəhbərliyinə hücumları ilə yadda qalmış IREX təşkilatıdır.

İndi Qərbin bəzi ölkələrinin Türkiyədə ictimai rəyin formalaşdırılması üzrə texnologiyalarda rəsmi səviyyədə iştirak etməsi barədə danışmağa əsas varmı? Bəlkə Avropa layihəsinin iştirakçıları olan Türkiyə QHT-ləri ölkə ictimaiyyətinin maraqlarının qorunmasını və balansını təmin edirdi? Xeyr təmin etmirdilər.

Avropa layihəsində göstərilir ki, qrant almaqda maraqlı olan Türkiyənin bütün QHT-ləri Qrant Dink Fonduna müraciət etməlidirlər. Bu fonda əsasən Türkiyənin erməni əhalisinin nümayəndələri daxildir. Qrant Dink bir neçə il əvvəl yerli milliyətçi tərəfindən öldürülən Türkiyənin erməni icmasının yazıçısı və lideri olub.

Qrant Dink Fondu "Anadolu Kültür", Türkiyənin İqtisadi Siyasətləri Araşdırma Fondu (TEPAV) və Helsinki Vətəndaş Assambleyası ilə birlikdə Türkiyə tərəfini bu layihədə təmsil edirdilər.

"Anadolu Kültür" Avropanın çoxsaylı təşkilatları və Aİ-nin, eləcə də Qalust Qulbenkyanın dəstəyilə fəaliyyət göstərir. Fond "Ermənistan-Türkiyə yaxınlaşmasına dəstək ("Support Armenia-Turkey Rapprochement" - SATR") layihəsinin işə salınmasından etibarən Türkiyə-Ermənisyan sərhədlərinin açılmasını təşviq edən təşkilatları maliyyələşdirir. Qalust Qulbenkyan XIX-XX əsrlərdə Qərbin Yaxın Şərq neftinə yolunu açmış iri neft maqnatıdır. XX əsrin əvvəlində Bakıda işləyib.

TEPAV ABŞ-ın özəl kəşfiyyat strukturu olan "Stratfor" ilə əməkdaşlıq edir. "Stratfor" demək olar ki, Mərkəzi Kəşfiyyat İdarəsinin kölgə strukturudur. TEPEV-in direktoru Güven Sak "Stratfor"un üzvüdür. "Stratfor" dünya ölkələrinin hakimiyətlərinin ən yurxarı eşalonları barədə məlumatların toplanıllması və təhlili üzrə ixtisaslaşıb.

Qurumun Türkiyədəki əməkdaşlarından biri Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya ilə bağlı məxfi telefon danışıqların məzmununu "Stratfor"a göndərib.

Avropada amerikalı həmkarların köməyilə yaradılmış proqramın tezisləri Türkiyənin vətəndaş cəmiyyətinə deyil, ayrıca etnik qruplara ünvanlanıb. Kürd sahibkarının olan Türkiyənin IMC TV televiziyası kürdlərin 1915-ci il hadisələri barədə fikirlərini öyrənmək üçün ünvanlı qrant alıb.

Proqramda Türkiyə tərəfi üzərində Qərb və Ermənistan nümayəndələrinin dominantlıq etməsi diqqət çəkir. Sonuncuların sırasında Azərbaycanı və onun rəhbərliyini daim təndiq edənlər var və onlar Azərbaycanda vəziyyətin qeyri-sabit olması cəhdlərinə maliyyə dəstəyi ayırırlar.

Buna misal olaraq Yerevanda yerləşən Qafqaz Tədqiqar Resurs Mərkəzini (СRRC) göstərmək olar. Filialın Ermənistandakı donorları "Carnegie Center", USAID, NDI və SIDA-dır.

Nyu-Yorkdakı "Carnegie Center" korporasiyasının prezidenti Vartan Qreqoryandır. O, ABŞ-ın köhnə və iri donorlarındandır.

2009-cu ildə imzalanmış Ermənistan-Türkiyə protokollarının ratifikasiyanın dondurulmasından sonra I layihə - "Ermənistan-Trükiyə yaxıınlaşmasına dəstək" ("Support Armenia-Turkey Rapprochement" ("SATR") layihəsi işıq üzü gördü. Həmin layihə çərçivəsində Yerevan-Van-Yerevan aviareysinin açılması üzrə nəticəsiz qalmış danışıqlar da aparılmışdı.

USAID 2013-cü ildə erməni təşkilatları, özəl şəxslər və şirkətlər üçün "Ermənistan-Türkiyə münasibətlərini normallaşmasının iqtisadi perspektivləri" proqramı çərçivəsində 1 milyon dollar qrant xətti açdı.

STAR layihəsinin maliyyələşdirilməsinin 75 faizi ABŞ və Avropa mənbələri hesabına həyata keçirilmişdi. 2012-ci ildə ABŞ-ın Kolumbiya Universiteti Devid Filipsin "Diplomatiyanın tarixi: Türkiyə-Ermənistan protokolları"adlı monoqramını dərc etdi.

Bu faktlar göstərir ki, Türkiyə cəmiyyətinin geniş təbəqələri arasında ABŞ və Avropanın nüfuzlu dairələri tərəfindən irimiqyaslı kampaniya aparılır. Həmin dairələr Türkiyədə nəzarət etdikləri QHT-lər vasitəsilə Ankaraya qarşı daxili təzyiqi artırır ki, o, Ermənistanla bağlı məsələlərdə güzəştə getsin. Bu məqsədlə Türkiyənin hərbi əməliyyatlara cəlb edilərək zəiflədilməsi istənilir. İD və kürd silahlıları bu missiya üçün ən yaxşı variantdır.

Vüqar Xəlilov - "Sputnik Azərbaycan"ın baş direktoru

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.