Siyasət

Oqtay Əsədov Gürcüstandadır

26 İyul 2015 13:05
Baxış: 803

 Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov iyulun 26-da Gürcüstana səfər edib.

APA xəbər verir ki, səfərin məqsədi Tbilisidə keçiriləcək 13-cü Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində iştirak etməkdir.

O.Əsədovun səfər çərçivəsində Gürcüstan rəsmiləri, tədbirdə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin başçıları ilə görüşləri gözlənilir.

MM sədrinin Atletlər Kəndinə getməsi və 13-cü Avropa Gənclər Olimpiya Festivalında iştirak edən Azərbaycan idmançıları ilə görüşməsi də nəzərdə tutulur. 

Səfər iyulun 27-də başa çatacaq.

 Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.