Siyasət

"Əgər Ermənistan müharibə variantına əl atsa..."

25 İyul 2015 16:48
Baxış: 1 412

"Ermənistanın cinayətkar hakimiyyəti insanların diqqətini daxili problemlərdən yayındırmaq üçün cəbhə xəttində təxribatlara əl atır". Bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov ermənilərin cəbhə xəttində törətdikləri son təxribatlara münasibət bildirərkən deyib.

E.Məmmədov qeyd edib ki, məlum olduğu kimi Serj Sarkisyan rejimi hərbi diktaturadır: "Ermənistan hakimiyyəti bu rejim tərəfindən zəbt olunub. Bunlar Ermənistanı da, Azərbaycanın işğal olunmuş ərazilərini də nəzarətdə saxlayırlar".

Deputat qeyd edib ki, bu gün Ermənistanda mövcud olan ağır iqtisadi, siyasi vəziyyət iflasa uğramış bir rəhbərliyin, siyasətin nəticəsidir: "Təbii ki, bunlar vəziyyətdən çıxış yolu kimi, yəni insanların fikrini yayındırmaq, ölkədə olanlara qarşı olan etiraz dalğasının qarşısını almaq, hakimiyyətlərini qoruyub saxlamaq üçün cəbhə xəttində müxtəlif təxribatlar törədirlər və törədəcəklər. Bunlar cinayətkar dəstədir, soyqırımlar, qətliamlar törətmiş bir qrup insanlardır və bunlar elə bu dalğa üzərində hakimiyyətə gəliblər. Buna görə də hakimiyyətlərinin ömrünü uzatmaq üçün hətta müharibə variantına da əl ata bilərlər. Amma Azərbaycan bunun qarşısını almağa hazırdır. Əgər bunlar müharibə variantına əl atsalar, Ermənistan deyilən dövlət yer üzündən silinə bilər".

E.Məmmədov qeyd edib ki, bu gün Ermənistanın müharibə etmək gücü, qabiliyyəti yoxdur: "Onlar havadarlarına güvənib bu hərəkətləri edirlər. Amma belə bir deyim var ki, qonşudan gələn pay ilə qarın doymaz. Onlar havadarlarına arxayın olub bu hərəkətlərə yol versələr, təbii ki, məhvə getməyə imza atmış olurlar".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.