Siyasət

Azərbaycan Müdafiə Nazirliyindən yeni AÇIQLAMA: təxribatdır!

25 İyul 2015 16:36
0 Şərh     Baxış: 2 117

Azərbaycan Müdafiə Nazirliyi bəzi elektron kütləvi informasiya vasitələri guya 40 nəfər hərbi qulluqçumuzun mühasirəyə düşməsi, bir neçə saatlıq atışmadan sonra mühasirədən çıxmağa nail olması və 8 nəfər hərbçimizin yaralanması barədə yayılan məlumatlarla bağlı rəsmi açıqlama verdi.

Nazirlyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu məlumatlar yalandır və təxribat xarakterli yayıblar.

Məlumatda qeyd olunur ki, Ermənistanın xüsusi xidmət orqanları, o cümlədən hakerləri tərəfindən məqsədyönlü surətdə yayılan bu xəbərlər həqiqətə uyğun deyil və təəssüflər olsun ki, bəzi yerli elektron kütləvi informasiya vasitələri də düşmən yalanına uyaraq ictimaiyyətimizə yanlış məlumatlar çatdırırlar.

Növbəti dəfə bildiririk ki, cəbhədə baş verən hər bir hadisə ilə bağlı məlumatların yayılmadan əvvəl rəsmi surətdə Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsi zəruridir və vacibdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.