Siyasət

Azərbaycan üçün “arzuolunmaz şəxslər" SİYAHISI

7 İyul 2015 23:58
2 Şərh     Baxış: 7 014

Bu günlərdə qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazisinə - Dağlıq Qarabağa gedən rusiyalı milyonçu German Sterliqov Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər  siyahısı"na daxil edilib.   

Milli.Az modern.az-a istinadən bildirir ki, bu, adı son bir həftədə Azərbaycan XİN-in "qara siyahısı"na düşən ikinci rusiyalıdır. Bir neçə gün öncə Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın tanınmış opera müğənnisi Lyubov Kazarnovskayanı da Qarabağa icazəsiz səfər etdiyinə görə "qara siyahı"ya salıb. Onların hər iksi işğal bölgəsinə icazəsiz səfər etməklə yanaşı, Azərbaycanın sərhədlər haqqında qanunvericiliyini də pozub, Ermənistanın Azərbaycana qarşı aqressiv işğalına haqq qazandırıblar.

Hazırda "arzuolunmaz şəxslər  siyahısı"da 470-dən çox əcnəbinin adı var. 

Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən ölkənin işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiklərinə görə "persona non qrata" elan edilmiş şəxslərin siyahısında  xeyli tanınmış əcnəbi yer alır. Azərbaycana gəlişi yasaqlanan bu şəxslər arasında müxtəlif ölkələrdən olan siyasətçilərlə yanaşı, şair, yazıçı, heykəltəraş, musiqçi, jurnalist də var. 

Xarici İşlər Nazirliyi "qara siyahı" sonuncu dəfə 12.06.2015-ci il tarixində yeniləmişdi. Amma German Sterliqov və Lyubov Kazarnovskayanın Qarabağa qanunsuz səfəri nazirliyi "arzuolunmaz şəxslər siyahısı"na yenidən baxmağa məcbur etdi.

Yeri gəlmişkən, XİN-in "qara siyahısı"nda yer alan ən çox əcnəbi Rusiya Federasiyasının vətəndaşlarıdır. Azərbaycanın digər qonşuları - İran, Gürcüstan və Türkiyədən də "arzuolunmaz şəxslər" var...

Azərbaycan üçün "persona non qrata" elan edilmiş şəxslərin siyahısı burada...

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.