Siyasət

Ermənistan ordusu mövqelərimizi atəşə tutub

7 İyul 2015 09:45
0 Şərh     Baxış: 577

Milli.Az Müdafiə Nazirliyinə istinadən bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 69 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber, Noyemberyan rayonunun Şavarşavan, Dovex kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı, Fərəhli və Kəmərli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Qızıloba, Ağdam rayonunun Şıxlar, Şuraabad, Sarıcalı, Baş Qərvənd, Kəngərli, Yusifcanlı, Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.