Siyasət

Məşhur rusiyalı milyarder Qarabağa köçdü - FOTO

6 İyul 2015 18:52
2 Şərh     Baxış: 2 304

Məşhur rusiyalı milyarder German Sterliqov və onun ailəsi - həyat yoldaşı Alena və beş övladı Rusiyadan üç həftə öncə gediblər.

Onların yeni yaşayış yeri Azərbaycanın işğal edilmiş ərazisi - Qarabağdı, oxu.az Rusiya KİV-nə istinadən xəbər verir.

"İndi biz Germanın təsərrüfatını satırıq, - milyarderin yardımçısı Polina təsdiq edib. - Hələlik heyvanları: inək, qoyun, atların bir qismini satırıq. Ev və torpaq sahələri haqqında German Lvoviçdən sərəncam gəlməyib".

Bununla yanaşı, Sterliqova məxsus müəssisə çörək bişirməyə və süd məhsulları istehsal etməyə davam edir.

"Bloknot"a məlum olduğu kimi, 48 yaşlı German Sterliqov yeni yaşayış yerində artıq ekoloji təmiz məhsulların istehsalı üçün yeni təsərrüfat yaratmağa başlayıb.

Milyarderin ailəsinin yaşayış ölkəsini dəyişməyə sövq edən səbəblər haqqında köməkçilər danışa bilməyiblər, yalnız German Sterliqovun həftədə bir dəfə zəng edərək, cari işlər barədə məlumat aldığını və yeni göstərişlər verdiyini deyiblər.

Ekstravaqant milyarder Sterliqov 1990-cı ildə ölkədə ilk əmtəə-xammal birjası "Alisa"nı yaratmaqla məşhur olub.

1993-cü ildə "Alisa" artıq iri holdinqə çevrildi, onun Rusiyada və xaricdə 84 törəmə firması mövcud idi.

2002-ci ildə German Sterliqov Krasonyarsk vilayətinin qubernatoru vəzifəsinə namizəd oldu. Bir il sonra isə Moskva meri postuna namizədliyini irəli sürdü.

2005-ci ildə German Sterliqov ailəsi ilə bərabər Rublevkada evini sataraq, Moskva ətrafında Mojaysk rayonunda torpaq sahəsi alaraq, təsərrüfatla məşğul olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.