Siyasət

Azərbaycan XİN müsəlman ölkələrinin səfirləri üçün iftar təşkil etdi - FOTO

4 İyul 2015 10:52
Baxış: 890

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xarici İşlər Nazirliyi adından müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini iftar məclisinə dəvət edib.

XİN-in mətbuat xidmətindən Trend-ya verilən məlumata görə, X. Xələfov Azərbaycanın İslam aləminin ayrılmaz hissəsi olaraq müsəlman ölkələri ilə hərtərəfli əlaqələrin inkişafına əhəmiyyət verdiyini deyib. O, Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini qeyd edərək ölkənin təşkilatın fəal üzvü kimi üzv dövlətlər arasındakı həmrəyliyin daha da gücləndirilməsi üçün çalışdığını bildirib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir müavini, münaqişənin həlli işində Azərbaycanın mövqeyinin müsəlman ölkələri tərəfindən dəstəkləndiyini, İƏT-in dəfələrlə münaqişə ilə bağlı reallığı, ədaləti, beynəlxalq hüququ və Azərbaycanın mövqeyini əks etdirən qətnamələr qəbul etdiyini vurğulayaraq, bu dəstəyə görə üzv ölkələrə bir daha təşəkkürünü çatdırıb.
 
Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri adından çıxış edən Mərakes Krallığının Azərbaycandakı səfiri Hassan Hami iftar məclisinin təşkil olunmasından məmnunluq duyduqlarını qeyd edərək həmkarları adından təşəkkürünü bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.