Siyasət

Əhməd Davudoğlu Türkiyənin yeni müdafiə nazirinin adını açıqladı

3 İyul 2015 18:47
0 Şərh     Baxış: 565

Türkiyənin baş naziri Əhməd Davudoğlu Böyük Millət Məclisinə yeni sədr seçilmiş keçmiş müdafiə naziri İsmət Yılmazla görüşüb.

APA.Az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Əhməd Davudoğlu artıq yeni müdafiə nazirinin müəyyənləşdirildiyini açıqlayıb. Baş nazirin sözlərinə görə, yeni hökumət qurulana qədər bu vəzifəni daha əvvəl də müdafiə naziri olmuş Vəcdi Könül icra edəcək: "Onun təcrübəsi var. Dünən ölkə prezidentinə məlumat verdim. Bu gün məsələ rəsmiləşəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.