Siyasət

Sabir Rüstəmxanlı: "Milli Şura dağılmış vəziyyətdədir"

2 İyul 2015 13:32
Baxış: 1 963

"Milli Şuranın ayrıca siyahı ilə parlament seçkilərinə qatılıb-qatılmayacağını bilmirəm. Bizim partiya üzvləri isə seçkilərə yalnız partiyanın siyahısı ilə gedəcəklər".

Bunu APA-ya açıqlamasında Milli Şurada təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvlərinin parlament seçkilərində hansı qaydada iştirak edəcəkləri ilə bağlı sualı cavablandıran VHP sədri Sabir Rüstəmxanlı deyib.

Qeyd edək ki, hazırda VHP Ali Məclisinin sədri Rafiq Manaflı partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Milli Şuranın üzvüdürlər, partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Telman Ələkbərov isə artıq qurumda fəaliyyətini dayandırdığını açıqlayıb.

S. Rüstəmxanlı isə bildirib ki, VHP-nin Milli Şuradakı üzvləri qurum yeni yaradılanda fəal olublar, amma bu gün Milli Şura dağılmış vəziyyətdədir: "Mən Milli Şuranın parlament seçkilərinə ayrıca siyahı ilə gedəcəyini də düşünmürəm. Partiyamızın üzvləri isə seçkilərə yalnız partiyanın siyahısı ilə gedəcəklər".

R. Manafl isə APA-ya açıqlamasında parlament seçkilərində iştirak etməyəcəyini açıqlayıb: "Milli Şura parlament seçkilərində iştiraka qərar versə də, mən seçkiyə qatılmayacam".

S.  Əsədli isə APA-ya açıqlamasında deyib ki, hər şeydən öncə VHP üzvüdürlər: "Ən önəmlisi partiyanın qərarı, sonra digər məsələlərdir. Partiya qərarına uyğun hərəkət edəcəyik. Milli  Şura da seçkilərdə iştirak barədə qərar versə, qarşılıqlı dəstək də ola bilər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.