Siyasət

Prezident İlham Əliyevdən generallarla bağlı sərəncam

1 İyul 2015 12:16
Baxış: 4 733

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali xüsusi rütbələr verilsin:

polis general-leytenantı ali xüsusi rütbəsi:

polis general-mayoru İsmət Rəşid oğlu Əliyevə

polis general-mayoru ali xüsusi rütbəsi:

polis polkovniki Seyfulla Səttar oğlu Əzimova

polis polkovniki Əkbər Arif oğlu Yusifova".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.