Siyasət

YAP seçkilərdə iqtidaryönlü partiyalara jest edə bilər

30 İyun 2015 17:02
Baxış: 825

Yeni Azərbaycan Partiyası (YAP) qarşıdan gələn parlament seçkilərində iqtidaryönlü partiyaların namizədlərinə dəstək göstərə bilər.

Bunu Trend-ə hakim partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

YAP-ın iqtidaryönlü partiyalarla blok yaratma ehtimalını dəyərləndirən S.Novruzov bununla bağlı hər hansı məsələnin gündəmdə olmadığını bildirib: "Yeni Azərbaycan Partiyası bütün partiyalara hörmətlə yanaşır, amma YAP elə bir partiyadır ki, onun bloka ehtiyacı yoxdur. Bütün seçkilərdə Yeni Azərbaycan Partiyası tək iştirak edib və bu, parlament seçkilərində də belə olacaq. Amma biz dəfələrlə iqtidaryönlü partiyalara dəstək göstərmişik. Məsələn, iqtidaryönlü partiya rəhbərlərinin namizədliyini irəli sürdüyü dairədən YAP namizəd irəli sürməyib ki, onların seçilmək şansları üstün olsun".

Millət vəkili qeyd edib ki, eyni zamanda, YAP üzvləri istər təbliğat-təşviqat, istərsə də imzatoplama kampaniyasında iqtidaryönlü namizədlərə dəstək olub və onlar seçilib: "YAP-ın təcrübəsində belə hallar olub. Qarşıdan gələn seçkilərdə də həmin məsələlərə baxıla bilər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.