Siyasət

Azərbaycan XİN-dən bəyanat - YENİLƏNİB

30 İyun 2015 14:58
Baxış: 981

14:58

Trend bildirir ki, Xarici İşlər Nazirliyi, həmçinin 26 iyun tarixində Küveytdə məsciddə törədilmiş terror aktını qəti şəkildə pisləyib, yaxınlarını itirən ailələrə dərin hüznlə baş sağlığı verib və yaralananların tezliklə şəfa tapmasını arzu edib: "Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qəti şəkildə dəstəkləyir və Küveyt xalqı ilə həmrəyliyini ifadə edir". 

Xatırladaq ki, Küveytdə məsciddə törədilmiş terror aktı zamanı onlarla insan həyatını itirib.

---------

14:08

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Misir Ərəb Respublikasının Baş Prokuroru Hişam Bərəkata qarşı 29 iyun tarixində təşkil olunmuş terror aktını qəti şəkildə pisləyir.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Trend-ə bildiriblər ki, XİN bu terror aktı nəticəsində həlak olmuş Hişam Bərəkatin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir: "Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır. Terrorizmə qarşı mübarizədə Misir xalqı və hökuməti ilə həmrəyliyini ifadə edir".

Qeyd edək ki, iyunun 29-da Misirin paytaxtı Qahirədə Hərbi Akademiyanın yaxınlığında Misirin baş prokuroru Hişam Bərəkat hücum nəticəsində yaralanıb. O, aparıldığı xəstəxanada ölüb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.