Siyasət

"Müxalifət düşərgəsində yeni blok yarana bilər"

30 İyun 2015 13:34
Baxış: 925

"Parlament seçkisində iştirak məsələsi həll olunan günə qədər müxalifət düşərgəsində bloklaşma ilə bağlı müxtəlif variantlar meydana çıxa bilər, rəsmi qeydiyyat mərhələsinə qədər fərqli-fərqli bloklar yarana bilər".

Bunu Trend-ə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

S.Cəlaloğlu ADP-nin təmsil olunduğu "Qarabağ" blokuna hansısa partiyanın qoşulacağını düşünmür.

Onun fikrincə, hər kəs öz mövqeyini, istiqamətini müəyyənləşdirib: "Azərbaycanda iqtidara münasibətinə görə müxalifət düşərgəsində müəyyən bir cəbhələşmə var. Görünən budur ki, Müsavat Partiyası Xalq Cəbhəsi Partiyasına meyl etmək istəyir, onun kursuna uyğun bir kurs aparmaq istəyir, ən azı, onun kimi radikal görünmək və yaxud da süni şəkilə ondan da radikal görsənmək istəyir. Bu qüvvələr təbii ki, seçkilərdə bizimlə bir yerdə iştirak etmək istəməzlər. İkinci bir tərəfdən, iqtidara bizimlə təxminən eyni münasibətdə olan, amma bu münasibətdə bizimkindən başqa bir fəlsəfəyə əsaslanan "Azadlıq" seçki bloku formalaşıb. Onlarla da bizim bir arada olmağımız mümkün deyil, çünki biz fərqli düşüncələrə malikik. Qalan müxalif qüvvə qalmayıb ki, bunlarla hansısa əməkdaşlıq edəcəyik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.