Siyasət

Nazir: "Əsgərimiz piti yeyir..." - VİDEO

29 İyun 2015 11:27
Baxış: 1 453

Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələr Günündə ATV-yə müsahibə verib.

"Qafqazinfo" xəbər verir ki, nazir müsahibəsində Azərbaycan Ordusunun hazır vəziyyətindən, bu il baş tutan təlimlərdən danışıb.

Nazir bildirib ki, düşmən vahimə içindədir və cəbhə bölgəsində təşəbbüs Azərbaycan Ordusundadır:

"Bir dəfə mənə dedilər ki, yüzlərlə gənc cəbhəboyu rayonlardan gələrək vuruşmaq istəyir. Bu, çox sevindirici haldır. Xalq Azərbaycan Ordusuna inanır. Əvvəllər əsgərlər istəyirdi ki, ön cəbhədən ikinci xəttə keçsinlər, indi isə müraciət edirlər ki, onları ön xəttə göndərək. Tam məsuliyyətlə deyirəm ki, ordumuz torpaqlarımızı azad etməyə qadirdir".

Z. Həsənov daha sonra əsgərlərin yeməyinə də toxunub: "Bizim əsgər Azərbaycan dolmasını, kiftəsini, bozbaşını, pitisini yeyir".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
фото

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.