Siyasət

Dağlıq Qarabağ məsələsində yeni ümidlər

12 İyun 2015 19:12
Baxış: 1 836

İlk Avropa Oyunları həm də sülh üçün bir şans ola bilər. Trend-in məlumatına görə, Fransanın "Courrierinternational" analitik jurnalı belə proqnozla çıxış edib. Jurnal yazır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən ümidlər yaranıb.

Fransa nəşri yazır: "Ermənistanda da ümid edirlər ki, ilk Avropa Oyunları münaqişənin həllinə imkan yarada bilər. Azərbaycan Prezdenti İlham Əliyev rusiyalı və türkiyəli həmkarları ilə görüşdə çox güman ki, Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. Hətta hər hansı sülh sazişinin imzalanacağı istisna edilmir".

Jurnal əsas diqqəti 25 erməni idmançısının Bakıdakı oyunlara qatılmasına yönəldərək, bunun xalqlar arasındakı münasibətə müsbət təsir edəcəyini vurğulayır.

Xatırladaq ki, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da ötən gün Bakıda keçirilən mətbuat konfransında ilk Avropa Oyunlarının erməni və Azərbaycan xalqlarının yaxınlaşmasında bir pozitiv vasitə rolunu oynayacağını bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.