Siyasət

Ukraynadan Azərbaycana zərbə

30 May 2015 22:32
0 Şərh     Baxış: 3 216

Ukraynanın Avropa İttifaqı yanındakı nümayəndəliyinin rəhbəri Konstantin Yeliseyev hesab edir ki, "Şərq Tərəfdaşlığı" siyasətinə yenidən baxmaq və Azərbaycan, Ermənistan və Belarusu ondan ayırmaq lazımdır.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Yeliseyev cümə günü 8-ci Kiyev forumunda çıxışı zamanı bəyan edib.
"Birincisi, biz "Şərq Tərəfdaşlığı" çərçivəsində ayırma siyasətini təmin edə bilərik. Mənə elə gəlir ki, üç ölkə - Ukrayna, Gürcüstan və Moldovanı Ermənistan, Azərbaycan və Belarusdan ayırmağın vaxtı çatıb. Biz bunu Riqa sammitində etməyə çalışdıq, yeri gəlmişkən biz Ukrayna, Moldova və Gürcüstanla bağlı üçtərəfli bəyanatı, yəni, dəqiq ayırmanı razılaşdırmışdıq", - deyə Yeliseyev qeyd edib.
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.