Siyasət

"I Avropa Oyunlarını boykot çağırışı iflasa uğradı"

29 May 2015 14:26
Baxış: 1 033

"Azərbaycan I Avropa Oyunlarının keçirilməsinə tam hazırdır".

Milli.Az xəbər verir ki, bunu publika.az-a açıqlamasında Milli Məclisin üzvü Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, bu mötəbər idman yarışı yüksək səviyyədə keçiriləcək: "Hər birimiz bu tədbirin möhtəşəm keçməsi üçün əlimizdən gələni əsirgəməməliyik. Oyunlar öncəsi bəzi təxribatçı qüvvələr, erməni lobbisinin sifarişi ilə hərəkət edən beynəlxalq təşkilatlar, onların buradakı emissarı olan müxalifətçilər var ki, onlar boykot çağırışı səsləndirdilər. Elə bildilər ki, bu cür mötəbər tədbirin qarşısını almağa çalışa bilərlər. Amma bu dəfə də biabırçı duruma düşdülər".

Deputat qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Avropa Oyunlarının Təşkilat Komitəsi hazırlıq işlərini ən yüksək səviyyədə təşkil edib və böyük uğurlara imza atıb.

"Heç kəsin şübhəsi yoxdur ki, ölkəmiz bu sınaqdan da üzüağ çıxacaq və idman tarixində ilkə imza atacaq, dünya Olimpiadasına bərabər möhtəşəm tədbir keçirəcək", - deyə deputat vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.