Siyasət

Əli Əhmədov BMT nümayəndələri ilə görüşdü

29 May 2015 13:11
Baxış: 602

Mayın 29-da Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Antonius Broekin rəhbərliyi ilə BMT-nin İnkişaf Proqramının nümayəndələrini qəbul edib.

Trend-in məlumatına görə, səmimi qəbula görə minnətdarlığını bildirən BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Broek təmsil etdiyi qurumla Azərbaycan arasında uğurlu əməkdaşlığın mövcudluğunu vurğulayaraq, BMT-nin prinsip və dəyərlərinə daim sadiq qalan ölkəmizin dünyada gedən qlobal inkişaf proseslərində fəal iştirakından məmnunluğunu ifadə edib.

BMT-nin İnkişaf Proqramı xətti ilə ölkəmizdə yaşlı və aztəminatlı əhali qrupunun sosial müdafiəsinin təmin edilməsində səmərəli fəaliyyətinə, habelə səhiyyə, təhsil və digər sahələrin inkişafına verdiyi dəstəyə görə razılığını bildirən baş nazirin müavini, bu nüfuzlu beynəlxalq təşkilatın respublikamız üçün nəzərdə tutulmuş yardımlarının milli inkişaf gündəliyinə uyğun olaraq bundan sonra da prioritet sahələrə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Qəbulda qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.