Siyasət

"Azərbaycana sadəcə olaraq paxıllıq edirlər"

29 May 2015 13:03
Baxış: 608

"Bu gün Azərbaycan Avropa idman dünyasının diqqət mərkəzindədir. Bundan başqa, I Avropa Oyunlarına hazırlıq Azərbaycanda yeni iş yerlərinin açılmasına, ölkə vətəndaşları üçün yeni imkanlar, idman infrastrukturunun inkişafına səbəb olub".

Bu barədə Trend-ə "Tool Shed Group"un rəhbəri, Amerika Yəhudi Komitəsinin ictimaiyyətlə əlaqələr üzrə keçmiş rəhbəri Ceyson Kats deyib.

Onun sözlərinə görə, Azərbaycanın I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı aktiv cəhdi hökumətin dahiyanə qərarıdır: "İstənilən ölkə böyük miqyaslı idman tədbiri keçirmək istəyir, belə ki, belə tədbirlər ölkənin tanınmasına və dünyadakı nüfuzunun artmasına imkan yaradır, iqtisadiyyatına müsbət təsir göstərir. İstənilən halda I Avropa Oyunlarının keçirilməsi Azərbaycana yalnız mənfəət gətirəcək".

Bakıda keçiriləcək I Avropa Oyunlarının nüfuzuna qara yaxmağa yönəlik xarici mətbuatda dərc olunan neqativ xəbərlərə münasibət bildirən eskpert qeyd edib ki, istənilən böyük miqyaslı idman tədbiri ərəfəsində mətbuatda neqativ rəylər dərc olunur: "Belə hallarda həmişə KİV-də "niyə hökumət yoxsulluğun aradan qaldırılması əvəzinə idman arenalarına və infrastruktura vəsait ayırır" tipli xəbərlər işıq üzü görür. Braziliya və digər ölkələrdə Olimpiya Oyunları ərəfəsində oxşar tənqidlər adi haldır. Məsələn, 1984-cü ildə Los-Ancelesdə keçirilən Olimpiya Oyunları zamanı mətbuat avtomobil axınının şəhər əhalisinə çətinlik törədib-törətməməsi ilə bağlı müzakirələr aparırdı. Təcrübə göstərir ki, belə hallarda skeptiklər beynəlxalq tədbirə ev sahibliyi edən ölkəyə sadəcə olaraq paxıllıq edirlər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.