Siyasət

Azərbaycanın tank birləşmələri döyüşə hazırlaşır - VİDEO

28 May 2015 12:03
0 Şərh     Baxış: 1 515

Azərbaycanda tank birləşmələrinin təlimləri keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, gələcək döyüş fəaliyyətlərinə hazırlıq məqsədilə keçirilən təlimlərdə tank birləşmələri bölmələrinin idarəediməsi, manevr və atəş imkanları yoxlanılır.

Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Silahlı Qüvvələrin birlik, birləşmə və bölmələrində döyüşə hazırlıq vəziyyətin yoxlanılması məqsədilə əməliyyat-taktiki, taktiki və taktiki-xüsusi intensiv təlimlər keçirilir.

Bütün səviyyələrdə motoatıcı, tank və digər qoşunlar arasında qarşılıqlı ələqənin yaradılması və döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə keçirilən təlimlər istənilən hava və iqlim, çətin və ağır relyef, o cümlədən gecə və məhdud görmə şəraitində döyüş atışları ilə tam müharibə vəziyyətinə yaxın elementlərlə icra olunur.

Təlimlərdə iştirak edən birləşmə və bölmə komandirləri qoşunların idarə olunmasını, şəxsi heyət isə silahların düzgün tətbiqi, döyüş texnikasının istismarı bacarığı və vərdişlərinin artırılması üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər. Şəxsi heyətin əldə edəcəyi bilik və bacarıqlar gələcək döyüş fəaliyyətlərində məharətlə tətbiq olunacaq.

Yüksək bacarıq və döyüş hazırlığı ilə fərqlənən tank, PDM, artillerya qurğularının heyətləri, hava hücumundan müdafiə və motoatıcı bölmələrin şəxsi heyəti təlim rəhbərliyi və komandanlıq tərəfindən həvəsləndiriliblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
фото

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.