Siyasət

Bir sıra dövlət başçıları Prezident İlham Əliyevi təbrik ediblər

27 May 2015 21:11
Baxış: 589

Yaponiyanın imperatoru Akihito Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, Zati-alinizə xoşbəxtlik və xalqınıza rifah arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram".

XXX

İsveçrə Konfederasiyasının Prezidenti Simonetta Sommaruqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri,

Bu xoş fürsətdən istifadə edərək, milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizi İsveçrə Federal Şurası adından təbrik edir, Azərbaycan xalqına rifah və ölkənizə tərəqqi arzulayıram.

Əminəm ki, qarşıdan gələn ildə də ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı davam edəcək".

XXX

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri,

Milli bayramınız - Respublika Günü münasibətilə, cənab Prezident, Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Zati-aliləri, dərin ehtiramımı qəbul edin".

XXX

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Azərbaycanın bütün xalqını səmimi qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasında mövcud qarşılıqlı münasibətlərin səviyyəsi Türkmənistanda yüksək qiymətləndirilir. Qəti əminəm ki, bu münasibətlər Türkmənistan və Azərbaycan xalqlarının rifahı naminə gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcək və möhkəmlənəcək.

Bu xoş fürsətdən istifadə edib, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq, dost Azərbaycan xalqına sülh, tərəqqi və çiçəklənmə arzu edirəm".

XXX

Omanın Sultanı Qabus bin Səid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuruq.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə xoşbəxtlik və cansağlığı, dost Azərbaycan xalqına isə davamlı inkişaf və tərəqqi arzulayırıq".

XXX

Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim En Nam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

İcazə verin, milli bayramınız - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edim.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da xalqlarımızın birgə maraqlarına, istəklərinə uyğun şəkildə daha da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyimi bildirmək istəyirəm.

Ölkənizin daha da çiçəklənməsi və xalqınızın firavanlığı naminə ali dövləti fəaliyyətinizdə Sizə böyük uğurlar diləyirəm".

XXX

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri,

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimizi və arzularımızı çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizin möhkəm cansağlığı və rifahı, Azərbaycan xalqının inkişafı və çiçəklənməsi üçün Uca Tanrıya dua edirəm.

İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan ilə sıx əlaqələrini yüksək qiymətləndirir. Qurumun fəaliyyətinə verdiyi dəstəyi və İslam ölkələrinin əməkdaşlığının birgə təbliği işində Azərbaycanın rolunu xüsusi təqdir edirik. İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərin ümumi dəyərlərinin təbliği və ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcək.

Zati-alinizin müsəlman ümməti arasında həmrəyliyin möhkəmləndirilməsinə və bu istiqamətdə yeni üfüqlərin açılmasına verdiyi dəstəyi yüksək qiymətləndiririk.

Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Azərbaycan son illər iqtisadi və sosial sahələrdə böyük uğurlar qazanıb, beynəlxalq arenada mövqelərini möhkəmləndirib.

Dağıstanlılar Azərbaycanın regionda və dünyada iqtisadi, ictimai-siyasi və mədəni inkişafın bir çox istiqamətlərində inamla aparıcı mövqelərə çıxmasına səmimi qəlbdən sevinirlər.

Dağıstan ilə Azərbaycanı möhkəm dostluq və mehriban qonşuluq telləri bağlayır. Azərbaycan Respublikası Dağıstan Respublikasının ənənəvi böyük xarici ticarət tərəfdaşıdır. Biz Azərbaycan rəhbərliyinin tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirməyə, qarşılıqlı faydalı layihələr həyata keçirməyə səmimi çalışmasını yüksək qiymətləndiririk və buna Dağıstana xüsusi münasibətin əlaməti kimi baxırıq.

Rusiya Federasiya ilə Azərbaycan Respublikası arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın yüksək səviyyəsini nəzərə alaraq əminlik hissi ilə bildirirəm ki, biz Dağıstan-Azərbaycan dostluğunun və əməkdaşlığının möhkəmlənməsi naminə səylərimizi bundan sonra da artıracağıq.

Hörmətli İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına quruculuq fəaliyyətində uğurlar, sülh və firavanlıq arzu edirəm".

XXX

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda sanballı uğurlar qazanıb. Beynəlxalq məsələlərdə Azərbaycanın fəal rolu hamı tərəfindən etiraf edilib. Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında münasibətlər qədim dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır. Əminəm ki, biz gələcəkdə də birgə səylərlə konstruktiv siyasi dialoqun, praktiki əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişafını təmin edəcəyik. Təbii ki, bu, dövlətlərimizin xalqlarının rifahına xidmət edəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan Respublikasının vətəndaşlarına firavanlıq və əmin-amanlıq arzu edirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.