Siyasət

Moldova Azərbaycandakı səfirini niyə geri çağırdı?

27 May 2015 14:21
Baxış: 910

Moldovanın Xarici İşlər Nazirliyi (XİN) 10 ölkədən, o cümlədən Azərbaycandakı səfir İqor Bodiunun geri çağırılması barədə məlumatı şərh edib.

Moldova XİN-dən Trend-ə verilən məlumata əsasən, ölkənin diplomatik xidmət haqqında qanununa müvafiq olaraq diplomatlar mandatlarının etibarlılıq müddəti başa çatdığına görə geri çağırılıblar.

Qeyd edək ki, Moldova hökumətinin iclasında xarici işlər naziri Natali Germanın təklifi əsasında 10 səfir geri çağırılıb.

İ.Bodiu bu vəzifəyə 2010-cu ilin avqustunda təyin edilmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.