Siyasət

İraq səfiri: "I Avropa Oyunları Azərbaycan iqtisadiyyatının inkişafına imkan yaradacaq"

27 May 2015 11:46
Baxış: 379

"I Avropa Oyunları Azərbaycanın parlaq tarixində həmişəlik qalacaq böyük və əhəmiyyətli hadisədir".

Trend-in məlumatına əsasən, bunu İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi əl-Barrak deyib.

Onun sözlərinə görə, I Avropa Oyunları Azərbaycan iqtisadiyyatının bütün sahələrinin inkişafına müsbət təsir göstərəcək, ölkəni daha çox tanıdacaq və turistlərin cəlb olunmasına imkan yaradacaq: "Əminəm ki, Azərbaycan I Avropa Oyunlarını uğurla həyata keçirəcək. Qonaqlar yaxşı qarşılanacaqlar, çünki ölkə qonaqpərvərliyi ilə məşhurdur. Bundan başqa, Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi var. Bakıda keçiriləcək I Avropa Oyunlarının uğuruna şübhə etmirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.