Siyasət

Erməni diasporunun Parisdə Dağlıq Qarabağa dair təşkil etdiyi tədbirdə qalmaqal

26 May 2015 16:01
0 Şərh     Baxış: 853

Fransanın paytaxtı Paris şəhərində erməni diasporunun Dağlıq Qarabağa dair təşkil etdiyi tədbirdə qalmaqal baş verib.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, tədbir şəhərin 5-ci region bələdiyyəsinin binasında təşkil olunub. Tədbirdə çıxış edən radikal milliyyətçi və irqçi ermənilər Azərbaycanın Dağlıq Qarabağ ərazisinin işğalına haqq qazandırmağa çalışıblar. Bu zaman Azərbaycan vətəndaşı olan bir qadının işğalla bağlı sualı onların xoşuna gəlməyib. Ermənilər sərt şəkildə etirazlarını bildiriblər.

Azərbaycanlı qadının tədbir iştirakçılarına Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunduğuna dair Birləşmiş Millətlər Təşkilatının qətnamələr qəbul etdiyini, həmin sənədlərdə Ermənistanın işğal etdiyi əraziləri tərk etməsinin vacibliyinin qeyd olunduğunu xatırlatması qarşı tərəfin qəzəbinə səbəb olub. Qadının suallarını cavablandıra bilməyən erməni tarixçi Kloud Mutafyan ona sərt şəkildə etirazını bildirib və tədbirdə mübahisə yaranıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.