Siyasət

"Uşaqların tələf olması məni dərindən sarsıtdı"

23 May 2015 15:55
1 Şərh     Baxış: 841

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,

Bakıda yaşayış binasında baş verən yanğın nəticəsində çoxsaylı insanın, o cümlədən uşaqların tələf olması və onlarla adamın xəsarət alması barədə xəbər məni dərindən sarsıtdı.

Kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu qəmli günlərdə yanınızda olduğumu bildirirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.