Siyasət

Elmar Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə gələcək əməkdaşlığın taleyinə aydınlıq gətirdi

23 May 2015 12:35
Baxış: 716

"Postsovet ölkələri Avropa İttifaqı (Aİ) ilə müxtəlif əməkdaşlıq formatlarını seçiblər. Moldova, Gürcüstan və Ukrayna özləri üçün müəyyənləşdiriblər ki, Aİ ilə assosiativ saziş çərçivəsində əməkdaşlıq etmək istəyirlər, Belarus və Ermənistan lokomotivi Rusiya olan Avrasiya İqtisadi İttifaqını seçiblər, Azərbaycan isə Aİ ilə qarşılıqlı münasibətlərini ikirtərəfli formatda qurur".

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Baş Assambleyası və Direktorlar Şurasının iclasında deyib.

Onun sözlərinə görə, bu, qarşılıqlı münasibətlərin ən rahat formatıdır: "Azərbaycan Aİ ilə münasibətlərinə ikitərəfli əlaqələr prizmasından baxır.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycanın Aİ-nin demək olar bütün üzv ölkələri ilə sıx münasibətləri var: "Bu günlərdə Riqada Aİ ilə tərəfdaşlıq haqqında yeni saziş layihəsini təşkilatın rəhbərliyinə təqdim etdim. Söhbət bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıqdan gedir"

Nazir əlavə edib ki, Azərbaycan üçün enerji əməkdaşlığı, xüsusilə Azərbaycan qazının Avropaya tədarükləri çox böyük maraq doğurur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.