Siyasət

"Onlar öz simalarını açıb göstərirlər"

23 May 2015 12:23
Baxış: 1 011

"İnkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutan Azərbaycanda sosial-iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər onun qüdrətini daha da artırmaqdadır. Demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan Azərbaycan bu istiqamətdə mühüm uğurlara imza atıb". Milli.Az yap.org.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Zahid Oruc deyib.

Z.Oruc  bildirib ki, hər bir inkişafın əsasında da məhz ölkədə mövcud ictimai-siyasi sabitlik dayanır. Onun sözlərinə görə, sivilizasiyalararası dialoq məkanı kimi də tanınan Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməsi, təşkilatçılıq sahəsində mükəmməl təcrübəyə yiyələnməsi, ən əsası, malik olduğu imkanlar baxımından da dəyərləndirilir.
"Azərbaycanın uğurları, beynəlxalq aləmdə artan nüfuzu dost ölkələri sevindirsə də, bəzi antiazərbaycançı şəbəkələri, beynəlxalq təşkilatları "narahat" edir. Xarici antiazərbaycançı şəbəkə və onların əlaltıları, bəzi yerli dairələr Avropa Oyunları ərəfəsində öz simalarını açıb göstərirlər. "Demokratiya çətiri" altında pərdələnən "Amnesty İnternational", "Fredoom House", "Human Rights Watch" və "Azadlıq" radiosu idmandan da siyasi alət kimi istifadə etməyə çalışırlar. Əslində, bu qurumlar üçün heç nəyin fərqi yoxdur, təki Azərbaycan əleyhinə mövzu olsun. Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü, müstəqil və qətiyyətli siyasət sayəsində qazanılan, əldə edilən nailiyyətlər göz önündədir. Hər bir beynəlxalq idman yarışının Azərbaycanda keçirilməsi ölkəmiz üçün tamamilə yeni səhifə açır. Azərbaycan bu yarışlara ev sahibliyi etməklə beynəlxalq nüfuzunu daha da artırır və yeni-yeni tərəfdaşlar qazanır. Ona görə də, qərəzli qüvvələr öz məqsədlərinə çatmayacaqlar", - deyə Z.Oruc qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.