Siyasət

Dövlət Departamenti: ABŞ Aİ-ni "Şərq tərəfdaşlığı" ölkələri ilə yaxınlaşmaqda dəstəkləyəcək

23 May 2015 11:14
0 Şərh     Baxış: 428

"ABŞ Avropa İttifaqının (Aİ) Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə daha sıx əməkdaşlıq və tərəfdaşlığın qurulmasına yönəldilmiş səylərini dəstəkləyir".

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Mari Harf Riqada keçirilmiş "Şərq tərəfdaşlığı" proqramının iştirakçı ölkələrinin sammitini şərh edərkən deyib.

M.Harf bildirib: "Biz "Şərq tərəfdaşlığı" proqramının iştirakçı ölkələrində demokratiya və keyfiyyətli dövlət idarəetmənin, korrupsiya ilə mübarizənin inkişafı, eləcə də enerji təhlükəsizliyi, iqtisadi və sosial inkişafı möhkəmləndirməyin təmin edilməsinə yönəldilmiş gələcək təşəbbüsləri dəstəkləməyə sadiqik".

Onun fikrincə, Riqa sammiti uğurlu olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.