Siyasət

"Ermənilər Xocalı soyqırımından xəcalət çəkməli idilər"

22 May 2015 20:50
0 Şərh     Baxış: 493

"Mən erməni xislətinə inanmıram. Bunların hamısı sözdədir, əməldə onlar təxribat törədiblər və həmişə də törədəcəklər". Trend-in məlumatına görə, bu sözləri Milli Məclis sədrinin birinci vitse-spikeri Ziyafət Əsgərov ermənilərin I Avropa Oyunlarında təxribat törətməyəcəkləri barədə yaydığı bəyanatla bağlı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Binəqədi rayonunda baş vermiş hadisə ilə bağlı ermənilərin xəcalət çəkməsi əbəsdir. Onlar Xocalı soyqırımından, 1988-ci ildə törətdikləri cinayətdən xəcalət çəkməli idilər:

"Mən mətbuatda oxudum ki, guya hansısa erməni Binəqədi rayonunda baş vermiş faciə ilə əlaqədar xəcalət çəkdiyini bildirib. Bunların hamısı qeyri-səmimi sözlərdir. Xəcalət çəkən erməni 1988-ci ildə xəcalət çəkməli idi, Azərbaycanın ərazisi ermənilər tərəfindən işğal olunanda, həmçinin Xocalı soyqırımında, azərbaycanlıların başını kəsərkən xəcalət çəkməli idi. O zaman səmimiyyət olardı. Amma indi əlbəttə ki, mən onların heç bir səmimiyyətinə inanmıram və güman edirəm ki, siz də inanmırsınız".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.