Siyasət

İlk dəfə Xəzərdə Azərbaycan və Rusiya gəmilərinin təlimi keçiriləcək

22 May 2015 16:15
1 Şərh     Baxış: 511

İlk dəfə Xəzər dənizində Azərbaycan və Rusiya gəmilərinin birgə təlimi keçiriləcək. Təlimdə 10-a yaxın gəmi iştirak edəcək.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Məsləhətləşmələr zamanı hərbi nümayəndə heyətinin üzvləri 2015-ci ilin sentyabrda Xəzər dənizinin mərkəzi hissəsində "Xəzər dənizində iqtisadi obyektlərin mühafizəsi üzrə birgə əməliyyatlar" mövzusunda təlim keçirmək barədə razılığa gəliblər".

Təlimlər zamanı hərbçilər Xəzər flotiliyası və Azərbaycanın gəmilərinin qarşılıqlı fəaliyyəti, Xəzər dənizində gəmiçilik və beynəlxalq dəniz fəaliyyətinin təmin edilməsi, dəniz və hava hədəflərinə birgə artilleriya zərbələrinin həyata keçirilməsi, qəza vəziyyətində olan gəmiyə yardım edilməsi və digər birgə gəmi təlimi məsələlərini öyrənəcəklər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.