Siyasət

Nikolaye Timofti Prezident İlham Əliyevə başsağlığı verdi

22 May 2015 14:21
Baxış: 392

Moldova Respublikasının Prezidenti Nikolaye Timofti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: 

"Zati-aliləri,

Bakı şəhərində yaşayış binasında insan tələfatı və xəsarətlə nəticələnən güclü yanğın barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu çətin sınaq anlarında Sizə və həlak olanların ailələrinə Moldova Respublikası xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.