Siyasət

Federika Moqerini: ""Şərq tərəfdaşlığı" ölkələri ilə münasibətlər Aİ üçün əhəmiyyətlidir"

22 May 2015 12:23
Baxış: 463

"Şərq tərəfdaşlığı" proqramında iştirak edən 6 ölkə ilə münasibət Avropa İttifaqı (Aİ) üçün çox əhəmiyyətlidir.

Trend-in "RİA Novosti"-yə istinadən verdiyi məlumata əsasən, bu barədə Aİ diplomatiyasının rəhbəri Federika Moqerini deyib.

Riqada keçirilən sammitin ikinci gününün başlanğıcında F.Moqerini bildirib: "Tərəfdaşlarla normal işçi münasibətə keçirik, bu sensasiya olmaya bilər, ancaq insanlarımız üçün çox əhəmiyyətlidir. Bu üzərində işlədiyimiz məsələ idi. Hər biri ilə münasibətlərimiz, tərəfdaşlığımız həm bizim, həm onlar üçün əhəmiyyətlidir. Düşünürəm ki, Aİ və hər bir 6 tərəfdaş üçün yaxşı gün olacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.