Siyasət

Erməni təxribatından 25 il ötür

22 May 2015 09:35
0 Şərh     Baxış: 590

Ermənilərin tarix boyu törətdiyi daha bir təxribatdan 25 il ötür.

Anspress-in məlumatına görə, Ermənistan 1990-cı ildə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində Ermənistan SSR parlamenti üçün seçki keçirməyə cəhd edib.

Ermənistan SSR-in bu cəhdi baş tutmayıb.

Bundan bir qədər əvvəl Ermənistan parlamenti Dağlıq Qarabağ üzrə seçki dairələrinin yaradılması barədə qərar vermişdi.

Azərbaycan Ali Soveti isə bu qərarın qeyri-qanuni, SSRİ və Azərbaycan SSR konstitusiyalarına zidd olduğunu bəyan etmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.