Siyasət

Azərbaycanın Çindəki səfirliyinə təlimat verildi

21 May 2015 19:29
0 Şərh     Baxış: 559

"Bu, şayiə və təxribat xarakterli məlumatdır. Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın Çindəki səfirliyinə təlimat verilib ki, səfirlik bu təxribat barədə Çin Xarici İşlər Nazirliyini məlumatlandırsın".

Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "lifenews" kanalının Çinin BMT Təhlükəsizlik Şurasına "Dağlıq Qarabağ Respublikası"nın tanınması barədə qətnamə təqdim etməsi barədə yaydığı məlumata münasibət bildirərkən deyib.

H.Hacıyev bildirib ki, belə bir fakt mövcud deyil, ermənilər təxribata əl ataraq yalan məlumat yayıblar.

Qeyd edək ki, "lifenews" telekanalının yaydığı xəbərə görə, Çinin baş naziri "Twitter" səhifəsində yazıb ki, əgər ABŞ, Fransa və Rusiya Çinin "Dağlıq Qarabağ Respublikası" haqqında təqdim etdiyi qətnaməni dəstəkləyərsə, "Dağlıq Qarabağ Respublikası" müstəqil respublika olacaq və BMT-yə üzv qəbul olunacaq. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.