Siyasət

"Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil ola bilməz"

21 May 2015 19:24
2 Şərh     Baxış: 634

"Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil ola bilməz".

Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Rossiya 24" telekanalına müsahibəsində deyib.

Səfir bildirib: "Ölkəmizdə 1 milyondan çox qaçqın və məcburi köçkün var, ərazimizin 20 faizi işğal edilib. Belə ərazi münaqişəsinə malik olmaqla, eyni ittifaqda təcavüzkar ölkə ilə ola və onunla hansısa məsələləri həll edə bilmərik".

P.Bülbüloğlunun sözlərinə görə, bu məsələ Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonra gündəmə gətirilə bilər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.