Siyasət

Moldovanın birinci xanımı: "Bakıda baş verən faciə məni çox sarsıtdı"

21 May 2015 17:26
1 Şərh     Baxış: 567

Azərbaycanın Kişineudakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Moldovanın birinci xanımı Marqarita Timofti mayın 20-də səfirliyə zəng edərək, mayın 19-da Bakıda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində həlak olanların və yaralananların ailələrinə başsağlığı verib.

Moldovanın birinci xanımı deyib: "Bakıdakı faciə məni çox sarsıtdı".

O, dəstək dolu səmimi sözlərini Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya çatdırmağı xahiş edərək vurğulayıb ki, Mehriban Əliyevanın necə incə ruhlu xeyirxah şəxsiyyət olduğunu bildiyi üçün onun ağrı-acısını başa düşür və bölüşür.

Moldovanın birinci xanımı əmin olduğunu bildirib ki, Azərbaycan xalqı Prezident İlham Əliyev başda olmaqla, bu sınaqdan mərdi-mərdanə çıxacaq.

Qeyd edək ki, Moldovanın rəsmi şəxslərinin və sıravi vətəndaşlarının səfirliyə başsağlığı zəngləri davam edir. Onlar Azərbaycan xalqı ilə birlikdə kədərləndiklərini bildirirlər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.