Siyasət

"Onlar belə əməllərlə özlərini biabır edirlər"

21 May 2015 11:37
Baxış: 630

"I Avropa Oyunlarına qara yaxmağa çalışanlar ilk növbədə bunu özlərinə yaxırlar". Milli.Az xəbər verir ki, bunu SİA-ya Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev deyib.

Deputat hesab edir ki, Azərbaycana qara yaxmağa çalışanların hərəkətləri əbəsdir: "Onlar belə əməllərlə özlərini biabır edirlər. Çünki təmiz, yaxşı olana qara yapışmır. Onlar I Avropa Oyunlarını keçirən Azərbaycana qara yaxmağa çalışmaqla dünya Olimpiya hərəkatından xəbərsiz olduqlarını göstərirlər. Çünki idman sülhdür. Azərbaycan da idman yarışı keçirir. Özü də Avropa qitəsinin ilk Olimpiya oyunlarının keçirir. Azərbaycan Avropa dövlətlərini bir yerə yığaraq dostluq, qardaşlıq səviyyəsində hərbi meydanlarda yox, idman meydanlarında yarış keçirir".

A. Əbiyev deyib ki, I Avropa Oyunları ərəfəsində başlanan antiazərbaycan kampaniyası paxıllıqdan, gözü götürməməkdən qaynaqlanır: "Bizə yaxılan qaralar özlərinindir. Azərbaycanı bu qara tutmayacaq. Çünki Azərbaycan bu oyunları yüksək səviyyədə keçirmək üçün ürəklə hazırlaşır. Bu oyunlar bizim yox, bütün Avropanın bayramıdır. Azərbaycan Avropaya bayram hazırlayır. Məqsədimiz odur ki, Avropa xalqları oyunlardan həzz alsınlar. Bir-iki başdansoyuq adam antiazərbaycan kampaniyası aparırsa, deməli, bacardıqları iş yalnız odur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.