Siyasət

Avropa İttifaqının komissarı hansı transsәrhәd әmәkdaşlığından danışır?

21 May 2015 08:59
0 Şərh     Baxış: 427

"Biz növbәti illәrdә Cәnubi Qafqazda transsәrhәd әmәkdaşlığı inkişaf etdirmәk istәyirik". APA-nın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ)  Genişlәndirmә vә Qonşuluq siyasәti üzrә komissarı Yohannes Han deyib.

Y. Han Cәnubi Qafqazda Dağlıq Qarabağ münaqişәsinin çoxillik münaqişə olduğunu vurğulayıb və atәşkәsin pozulması ilә tez-tez gərginlik yaranmasından narahatlığını ifadə edib: "Bizim fikirimiz budur ki,  yeni sәylәri test etmәliyik. Bunun üçün әn gözәl nümunәni transsәrhәd әmәkdaşlığı formasında Balkanda gördük. Bәlkә, Ermәnistan vә Azәrbaycan arasında ölkәnin başqa tәrәfindә transsәrhәd әmәkdaşlıq ola bilәr. Bu layihә insanlar arasında etimadın qurulmasına da kömәk edə bilәr. Vәtәndaşlar, gәnclәr keçmişin acılarının öhdәsindәn gәlmәk istәyirlәr.  Biz növbәti illәrdә transsәrhәd əmәkdaşlığı inkşaf etdirmәk istәyirik".

Qeyd edək ki, transsərhəd əməkdaşlığı sərhəd bölgələri arasında iqtisadi, ticari, mədəni əlaqələrin inkişaf etdirilməsi üçün vasitə sayılır. Lakin bu əməkdaşlıq uğur formulu deyil və heç də həmişə özünü doğrultmur. Bu əməkdaşlıq adətən sərhədin hər iki tayında eyni etnik və dini kökənə sahib xalqlar yaşayan dövlətlərdə nəticə verir. Azərbaycanda bu formulun Gürcüstanla sərhəd bölgəsində, yaxud İran sərhədində tətbiqi mümkündür və zaman-zaman müxtəlif formalarda tətbiq olunub. Araz çayından hər iki tərəfə 45 kilometr məsafəyə qədər ərazidə yaşayan vətəndaşların bu ərazilərə vizasız daxil ola bilməsinə dair razılaşmanı yada salmaq kifayət edər. Yaxud İran və Gürcüstan sərhədlərində fəaliyyət göstərən beynəlxalq bazarları transsərhəd əməkdaşlığına misal çəkmək olar.

Azərbaycanın Ermənistanla hər hansı formada əməkdaşlıq etməsi isə faktiki mümkün deyil. Dağlıq Qarabağ münaqişəsindən doğan səbəbləri sadalamaq artıqdır, bundan başqa sərhədin hər iki tərəfində etnik və dini baxımdan tam fərqli toplumlar yaşayır. Ən əsası isə sərhədyanı əməkdaşlığın qurulması üçün ilk növbədə qonşu dövlətlər bir-birinin sərhədini tanımalıdır. Ermənistan işğalçı dövlət kimi Azərbaycanın beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlərini tanımır, işğal siyasəti ilə bu sərhədləri pozub. Belə olan təqdirdə hüquqi baxımdan tanınmayan sərhədin hər iki tərəfindən olan toplumlar necə əməkdaşlıq edə bilər?

Avropa İttifaqının guya münaqişə tərəfləri arasında münasibətləri normallaşdırmaq üçün sərhədyanı əməkdaşlıq kimi yeni səyləri test etmək cəhdi

a) Cənubi Qafqaz regionunun ən böyük münaqişəsinin nizamlanmasında iştirak etdiyi görüntüsü yaratmaq;

b) Bölgədə itmiş nüfuzunu və uduzulmuş maraqlarını bərpa etmək;

c) Ermənistanı blokadadan çıxarmağa can atmaq məqsədi daşıyır.

Yohannes Hanın bu yanaşması yalnız Ermənistanın maraqlarına hesablanıb. Avropalı siyasilər analoji layihəni Türkiyə-Ermənistan sərhədində də həyata keçirməyə bir neçə dəfə səy göstərib, bu səylər Türkiyənin sərhəd bölgələrini inkişaf etdirmək istəyi ilə əsaslandırılsa da, məqsəd Ermənistanı blokadadan çıxararaq iqtisadi maraqlarını təmin etmək idi. Lakin həm rəsmi Ankaranın reaksiyası, həm sərhədyanı bölgələrin əhalisinin etirazları səbəbindən Avropa İttifaqının planları boşa çıxıb. Brüssel Türkiyə-Ermənistan timsalında uğursuzluğa düçar olmuş modeli, indi də Azərbaycan üzərində sınaqdan çıxarmaq istəyir.

Balkanları misal çəkən Yohannes Han bir məqamı da unudur ki, sərhədyanı əməkdaşlığın inkişafı üçün iki ölkə arasında siyasi münasibətlər üst səviyyədə olmalıdır. Qonşu deyil, münaqişə tərəfləri olan Azərbaycanla Ermənistan hansı formada və ən əsası harada sərhədyanı əməkdaşlıq edəcəklər, avropalı siyasi bunu açıqlamır, yaxud açıqlaya bilmir. Avropa hələ də ikili standart siyasəti hesabına Cənubi Qafqazı mərhələ-mərhələ uduzduqlarının fərqinə vara bilmir. Və anlamır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeni səyləri test etmək yox, beynəlxalq hüquq normalarının təsbit olunmasına çalışmaq lazımdır. Bu yanaşma Ermənistanı işğalçı dövlət kimi tanımağı tələb edir. Bu, Avropa İttifaqının sərhədyanı əməkdaşlığı genişləndirmək kimi qeyri-real və qəliz layihəsindən daha real və bəsit yoldur...

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.