Siyasət

"Qoy gəlsinlər, görək nə yazacaqlar"

5 May 2015 14:16
Baxış: 459
"Beynəlxalq söz azadlığını müdafiə təşkilatı olan "Article 19"un birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı sərgilədiyi qarayaxma kampaniyası ilə bağlı dəfələrlə mətbuatda, televiziyada çıxışlar etmişik. Bu kimi kampaniyaların arxasında dayanan, heç şübhəsiz ki, Azərbaycanı gözü götürməyən, ölkəmizin uğurlarına sevinməyən və onun dünyada artan nüfuzunu qəbul etməyən insanlar, lobbiçilər və ermənipərəst qüvvələrdir". Milli.Az xəbər verir ki, bunu SİA-ya millət vəkili Çingiz Qənizadə deyib.

Millət vəkilinin sözlərinə görə, onlar müxtəlif vasitələrlə I Avropa Oyunlarının baş tutmamasına cəhdlər edirlər: "Hətta onlar aprelin 28-də Londonda bir toplantı keçirməyi planlaşdırmışdılar. Təbii ki, bütün bunlar boş və mənasız şeylərdir. Əgər "Article 19" tərəfindən təlimatlandırılıb Azərbaycana göndərilən jurnalistlər neqativ halları işıqlandıracaqlarsa, qoy bunu etsinlər. Onsuz da Azərbaycanda kifayət qədər mətbuat, söz azadlığı var. Ölkə rəhbəri cənab İlham Əliyevin də söylədiyi kimi, biz tənqidə hər an hazırıq. Amma qarayaxma kampaniyası, əsassız iddialar, böhtanlar qanunvericiliklə qadağandır. Bizi sevməyən qüvvələr həddindən artıq çoxdur. Biz bunları görür və iç üzlərini açırıq. Qoy onlar gəlsinlər və görək nə yazacaqlar. Əgər onlar gördüklərinin əksinə yazacaqlarsa, təbii ki, Azərbaycan cəmiyyətindən, qeyri-hökumət təşkilatlarından, mətbuatından bu qarayaxmaya ciddi cavab alacaqlar".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.