Siyasət

Bakıda "Casa İtalia" açılacaq

5 May 2015 10:20
Baxış: 2 333
"Azərbaycan hökuməti və Olimpiya Komitəsi hər şey edirlər ki, I Avropa Oyunları böyük müvəffəqiyyətlə keçirilsin".

Bu barədə Trend-ə I Avropa Oyunlarına hazırlıq prosesini şərh edərkən İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo bildirib.

Səfir deyib: "Oyunlara hazırlıq və infrastrukturun genişləndirilməsi işləri məmnunedicidir. Mən əminəm ki, Oyunlar Azərbaycanın gözəlliklərini və mədəni irsini nümayiş etdirəcək və Avropaya pəncərə olacaq".

Onun sözlərinə görə, I Avropa Oyunları Azərbaycanın beynəlxalq imicini möhkəmləndirmək və həmçinin böyük uğurlarını nümayiş etdirmək üçün əla fürsətdir.

Diplomat qeyd edib ki, Azərbaycan qonşu və tərəfdarları ilə konstruktiv və dostluq əlaqələri qurmaq istəyən ölkədir.

Səfir deyib: "Milli Olimpiya Komitəsinin başçılıq etdiyi İtaliyanın atletlər nümayəndə heyəti Oyunlarda iştirak edəcək. Böyük italyan heyətinin iştirakı İtaliyanın Oyunların uğuruna töhfə vermək istəyinin sübutudur. Bundan əlavə, İtaliyanın MOK-u və İtaliyanın Azərbaycandakı səfirliyi Bakıda İtaliyanın bütün pərəstişkarları üçün sərgi zalı - "Casa İtalia"nı açmağı planlaşdırır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.