Siyasət

Azərbaycanlı aparıcının efirdə xəyanəti - VİDEO

28 Aprel 2015 14:26
25 Şərh     Baxış: 21 701
Rusiyanın "Pervıy Kanal" telekanalında bazar günü xəbər proqramında Azərbaycana və Türkiyəyə sayğısızlıq, yalanların "tarixi fakt" qismində təqdimatı olub.

Milli.Az bildirir ki, əslən azərbaycanlı olan teleaparıcı İradə Zeynalova "erməni soyqırım"na həsr olunmuş süjeti təqdim edərkən "əzabkeş ermənilər"dən, onların guya "1915-ci ildə Osmanlı Türkiyəsində soyqırıma məruz qalması"ndan danışıb.
 

Daha sonra aprelin 24-də Yerevanda "soyqırım şivəni"ndən kadrlar göstərilib, qondarma iddiaları ermənilər təkrarlayıblar.
 

Üstəlik, Əlixan Səmədovun ifasındakı "Sən gəlməz oldun" kompoziyasından bu biabırçı süjet üçün "musiqili fon" qismindlə istifadə olunub.
 

43 yaşlı İradə Aftandil qızı Zeynalova Moskvada doğulub. Rusiyanın tanınmış jurnalistlərindən biridir və 2012-ci ilin sentyabrından bəri "Pervıy Kanal" telekanalında "Vremya" xəbərlər proqramının bazar günü buraxılışının aparıcısıdır.
 

Əri Aleksey Samolyotov və bacısı Svetlana Zeynalova da jurnalistlərdir.
 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.